logo

Astarada “Qırmızı kitab”a düşən ağacları kəsib təbiətə 100 min manatdan çox ziyan vurdular

16:16 27-10-2022 | icon 1211
Astarada “Qırmızı kitab”a düşən ağacları kəsib təbiətə 100 min manatdan çox ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov  YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102 min 200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.