logo

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

19:48 26-10-2022 | icon 1757
NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, səfərdə məqsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə etməkdir. 

Səfər öncəsi KİV-ə açıqlamasında baş katib bu məsələdə Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasda olduğunu bildirib.

"Türkiyə, İsveç və Finlandiya ilə üçtərəfli formatda müzakirələr aparmasından şadıq",-deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberqin Türkiyəyə səfərinin tarixi hələ ki, açıqlanmayıb.