logo

Polşa da Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıdı

18:18 26-10-2022 | icon 1183
Polşa da Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıdı

Polşa parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

YeniAvropa xəbər verir ki, bu barədə  "UNIAN" agentliyi məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, bununla bağlı Polşa Senatı müvafiq qətnamə qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Estoniya parlamenti də Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.