logo

Magistral su kəmərində qəza; Yasamal və Səbail rayonlarında su olmayacaq

09:56 26-10-2022 | icon 1120
Magistral su kəmərində qəza; Yasamal və Səbail rayonlarında su olmayacaq

Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.

“Azərsu” ASC-dən YeniAvropa-ya bildirilib ki, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Qəza yerinə “Bakı Sukanal” və Yasamal Rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikaları cəlb olunub.

Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.