logo

Bakıda itkin düşən üç qızdan biri tapılıb

09:45 25-10-2022 | icon 1120
Bakıda itkin düşən üç qızdan biri tapılıb

Bakıda itkin düşən üç qızdan biri tapılaraq sığınacağa yerləşdirilib.

YeniAvropa xəbər verir ki,  Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Bundan əlavə, paytaxt sakini ,  2008-ci il təvəllüdlü Allahverdiyeva Şəlalə "Nərimanov" parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı  Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.