logo

Polis İsmayıllıda bayraq rəngində süpürgənin satılması ilə bağlı araşdırma aparır

14:14 24-10-2022 | icon 1337
Polis İsmayıllıda bayraq rəngində süpürgənin satılması ilə bağlı araşdırma aparır

Sosial şəbəkələrdə İsmayıllı rayonunda Azərbaycan bayrağının rəngləri ilə boyanmış süpürgənin satılması tənqidlərə səbəb olub.

Daxili İşlər Nazirliyi baş vermiş hadisəyə reaksiya verib. Nazirliyin Mətbuat Xidmətinin regional qrupundan YeniAvropa-ya bildirilib ki, İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyən olunub.

Hazırda İsmayıllı rayon Polis Şöbəsində bununla bağlı araşdırmalar davam etdirilir.