Bakıda Polşa-Azərbaycan biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin sənaye, tikinti, maliyyə, qida və sair sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması istiqamətində Agentlik tərəfindən görülən işlər barədə məlumat verib.
Biznes forumda çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşanın İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin nümayəndəsi Matsey Falkovski ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətini vurğulayıb, işgüzar görüşlərin iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar.
PAIH-in İdarə Heyətinin üzvü Zdislav Sokal təmsil etdiyi qurumun fəaliyyəti, Polşanın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes forumda Ələt azad iqtisadi zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının yaratdığı investisiya imkanları, Polşanın Qdansk limanının nümayəndəsi Mixail Stupak və “Bank Gospodarstwa Krajowego”nun nümayəndəsi Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.
Forum çərçivəsində AZPROMO və PAIH arasında, həmçinin “Baku Steel Company” ilə Polşanın “Konstal”, "Zystal Marcin Zyska”, “Touye Group” və “Warstal” şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək