logo

Xalq artisti Əzizə Mustafazadə Bakıda konsert verəcək

14:24 19-10-2022 | icon 10381
Xalq artisti Əzizə Mustafazadə Bakıda konsert verəcək

Oktyabrın 30-da Bakı Konqres Mərkəzində dünyaşöhrətli caz ifaçısı,  xalq artisti Əzizə Mustafazadə  konsert proqramı ilə çıxış edəcək.

YeniAvropa xəbər verir ki, konsertdən əvvəl, oktyabrın 23-də  Azərbaycan Rəngkarlıq Muzeyində tanınmış caz ifaçısı ilə görüş keçiriləcək.

Görüşdə caz sənətinin klassik və avanqard üslubla birləşməsindən danışılacaq, maraq doğuran digər mövzular müzakirə ediləcək.

Görüşdə iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün https://cutt.ly/OBGG20d linkinə keçid edə bilərlər.