Sabah Bakıda Polşa-Azərbaycan biznes forumu keçiriləcək.
YeniAvropa Polşa səfirliyinə istinadən xəbər verir ki, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu(AZPROMO) ilə birgə təşkil olunacaq.
Forum iki ölkə arasında biznes sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.
Xatırladaq ki, daha əvvəl Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu il oktyabrın sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.