logo

Bakıda Azərbaycan-Yunanıstanın əməkdaşlığı müzakirə edilib

12:32 19-10-2022 | icon 2359
Bakıda Azərbaycan-Yunanıstanın əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.