logo

Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 15 milyard m3 qaz ötürülüb

13:54 18-10-2022 | icon 2016
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 15 milyard m3 qaz ötürülüb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 28 milyard 506,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,1 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, doqquz ayda qaz nəqlinin 53,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 15 milyard 203,3 milyon kubmetr təbii qaz ixrac edilib.