logo

Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur

17:17 06-10-2022 | icon 1379
Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur

Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda "Mədəni və tarixi irsin postkonflikt dövründə bərpası" sessiyasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, bununla da Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan edir. Hər bir mədəni irs Azərbaycan üçün əhəmiyyətlidir, əzizdir. Çünki bu irs yalnız Azərbaycana deyil, bəşəriyyətə məxsusdur.