Sülhməramlıların olduğu ərazilərdəki abidələrə peyk vasitəsilə baxış keçiririk-Nazir
Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə yerləşən abidələrə peyk vasitəsilə baxış həyata keçirilir.
YeniAvropa xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, torpaqlar işğal altında olan zaman peyk məlumatlarından daha çox istifadə edilirdi. İndi isə abidələrə yerində baxmaq imkanı yaranıb.