logo

İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir

13:53 06-10-2022 | icon 1995
İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir

İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir.

YeniAvropa xəbər verir ki, Forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş olub. Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçirilib. Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə dörd İşçi qrupunun oktyabrın 5-də keçirilən görüşlərinin nəticələri barədə müzakirələr aparılıb. Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu”nun imzalanması gözlənilir.