logo

Praqada İlham Əliyev-Şarl Mişel görüşü başlayıb

11:55 06-10-2022 | icon 3409
Praqada İlham Əliyev-Şarl Mişel görüşü başlayıb

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü başlayıb.