logo

Hərbi attaşeləri Edilli kütləvi məzarlığına baxış keçiriblər

11:11 06-10-2022 | icon 3269
Hərbi attaşeləri Edilli kütləvi məzarlığına baxış keçiriblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndinə səfər ediblər.

YeniAvropa xəbər verir ki, hərbi attaşelər kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baxış keçiriblər. Onlar ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlər barədə ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndində azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqdakı 12 skeletin üzərilərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb.

Qeyd edək ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Birinci məzarlıq bu ilin fevral ayında aşkarlanıb.