logo

Polşada həbs edilən Qubadlının sabiq icra başçısı Azərbaycana ekstradisiya ediləcək

15:55 05-10-2022 | icon 1288
Polşada həbs edilən Qubadlının sabiq icra başçısı Azərbaycana ekstradisiya ediləcək

Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10-cu, 29,120.2.11-ci, 309.2-ci və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2022-ci il oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.