logo

Ağdam şəhərinə ilkin mərhələdə 10 min nəfər köçürüləcək

15:15 05-10-2022 | icon 1260
Ağdam şəhərinə ilkin mərhələdə 10 min nəfər köçürüləcək

Ağdam şəhərinə ilkin mərhələdə təxminən 10 min nəfərin köçürülməsi nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Ağdamda bərpa-tikinti, quruculuq işləri ilə yanaşı, iş yerlərinin açılması ilə bağlı fəaliyyət də göstərilir. Bərpa proseslərində yaradılacaq yeni iş yerləri potensial iş yerləridir. Bundan başqa, həm kənd təsərrüfatında, həm də yüngül sənayedə, qida sənayesində müəyyən iş yerləri yaradılacaq.