logo

Lavrov Azərbaycan-Ermənistan münasibətlərində KTMT-nin rolundan danışıb

15:25 30-09-2022 | icon 1533
Lavrov Azərbaycan-Ermənistan münasibətlərində KTMT-nin rolundan danışıb

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaların reallaşdırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə etməyin mümkünlüyü müzakirə edilir.

YeniAvropa xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir deyib: “Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusən, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütövlükdə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq müqavilənin imzalanması haqqında razılaşmaların reallaşdırılması məqsədilə əlverişli şərait yaradılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə etməyin mümkünlüyü müzakirə edilir”.

S.Lavrov əlavə edib ki, MDB tərəfindən dəstək də yaxşı olardı.