logo

Bərdədə "bayraq qalmaqalı" ilə bağlı cinayət işi başlanıb

14:54 30-09-2022 | icon 812
Bərdədə "bayraq qalmaqalı" ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bərdə rayonunda şəxsin Dövlət Bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, rayon ərazisində şəxsin Dövlət Bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı hazırda araşdırma aparılır

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb.

Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib. Qeyd olunub ki, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.