logo

Sabah Bakıda 27° isti olacaq

13:13 30-09-2022 | icon 1491
Sabah Bakıda 27° isti olacaq

Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti olacaq, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək . Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 29-33° isti, dağlarda gecə 5-10°, gündüz 16-21° isti olacağı ehtimalı var.