logo

Rusiya oktyabrın 12-dən əcnəbi tələbələri ölkədən qovacaq?

15:15 29-09-2022 | icon 2002
Rusiya oktyabrın 12-dən əcnəbi tələbələri ölkədən qovacaq?

Rusiya Daxili İşlər Nazirliyi(DİN) əcnəbi tələbələrin oktyabrın 12-dən sonra bu ölkəni tərk edəcəyi barədə sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib.

YeniAvropa xəbər verir ki, nazirliyin mətbuat mərkəzi bu cür məlumatların həqiqətə uyğun olmadığını bildirib.

DİN-in məlumatına görə, COVID-19 pandemiyası zamanı sərhədlərin bağlanması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar qəbul edilmiş əcnəbilərin Rusiyada qeydiyyat müddətinin uzadılmasının dayandırılması qərarı aradan qaldırılır. Oktyabrın 13-nə qədər Rusiya ərazisində olma statusunu nizama salmaq üçün əcnəbilər yaşayış yerləri üzrə DİN orqanlarına müraciət etməlidirlər.