Azərbaycan türk dövlətlərinə 21,3 milyard dollar investisiya yatırıb
Hazırda Azərbaycanın Türk Dövlətləri Təşkilatı(TDT) üzvləri ilə ticarət dövriyyəsi 4,6 milyard ABŞ dollarını ötüb, bu ölkələrin Azərbaycan iqtisadiyyatına 13,8 milyard ABŞ dolları, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard ABŞ dolları investisiya yatırıb.
YeniAvropa Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən TDT-nın enerji nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Nazir TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarında strateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib. Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevin strateji təşəbbüsləri və Vətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb.
TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzində Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerji tərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib.
Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb.
“TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu Aİ-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi. Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcə Azərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir, qardaş ölkələrin də yeni bazarlara çıxışına imkanlar yaradır”, - P. Şahbazov bildirib.
Vurğulanıb ki, ötən ildən indiyə kimi TANAP və TAP ilə Türkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı - 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi dövlətlərdir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır