Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner İxracın və İnvestisiyaların Təşviqi Agentliyində(AZPROMO) olub.
AZPOMO-dan YeniAvropa-ya bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.