logo

Paytaxtda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb

17:57 27-09-2022 | icon 721
Paytaxtda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, B.Məmmədov ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq əməlini etiraf edib. Araşdırmalar davam etdirilir.

Nazirlik vətəndaşlara tövsiyə edir ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.