logo

Rusiyakı səfərbərlik:Bakıda  kirayə mənzillərin qiymətləri qalxdı

15:30 27-09-2022 | icon 1554
Rusiyakı səfərbərlik:Bakıda  kirayə mənzillərin qiymətləri qalxdı

Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Doğrudur, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan, Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Artıq paytaxt Bakıda tez-tez Rusiya vətəndaşlarına rast gəlmək olur. Bəs bu şəxslər hansı məkanlarda yaşamağa üstünlük verirlər? Hazırda paytaxt Bakıda olan hotellərin bir çoxunun Rusiya vətəndaşları tərəfindən bron edilməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda, paytaxtda kirayə mənzillərin qiymətlərində də qalxma müşahidə edilir. 

YeniAvropa xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu faktı təsdiqləyib.

“Rusiyada qismən səfərbərliyin elan edilməsi ilə və ümumiyyətlə, münaqişə ilə əlaqədar olaraq bu ölkədən xaricə vətəndaşların axını müşahidə edilir. Əsasən Rusiyanın vizasız rejimi olan ölkələrə vətəndaşlar daha çox üz tuturlar. Səbəblər müxtəlifdir - kimsə çağırışdan boyun qaçırır, özünü pasifist hesab edir, kimsə sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq biznesini digər ölkəyə köçürür, digərləri gələcəyə inamlarını itirdiyindən ölkədən çıxmaq istəyirlər və s. Azərbaycana da Rusiya vətəndaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın axını müşahidə olunur.Bununla əlaqədar hava nəqliyyatında qiymət artımı baş versə də, hotellərin qiymətlərində hələ ki, artım müşahidə edilmir. Yalnız icarəyə verilən mənzil fondunun aktivləşməsi baş verib, təklif olunan mənzillər bir qədər bahalaşıb",-deyə o, bildirib.