logo

İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib

15:15 27-09-2022 | icon 1169
İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib

“Bu gün 27 sentyabr - Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”.

YeniAvropa xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" hesabında məlumat paylaşıb.

O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib: “Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.