logo

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının illik iclasında çıxış edib

11:33 27-09-2022 | icon 1603
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının illik iclasında çıxış edib

Xəbər verdiyimiz kimi, Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının(BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.

YeniAvropa xəbər verir ki, bu gün keçirilən tədbirin açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Plenar sessiyada çıxış edən Azərbaycanın baş prokuroru prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş̧ uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində, həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Konfrans çərçivəsində baş prokuror Kamran Əliyev həmçinin, bir sıra ikitərəfli görüşlər keçirib.

Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.