logo

Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli oldu

11:01 27-09-2022 | icon 2450
Boksçularımızın Avropa birinciliyində ilk rəqibləri bəlli oldu

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Sentyabrın 27-də start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri müəyyənləşib.

YeniAvropa Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, turnirin ilk günündə rinqə 1 boksçumuz çıxacaq. İbrahim Zeynalov (52 kq) irlandiyalı Con Hartla üz-üzə gələcək.

Sentyabrın 28-də Faiq Mollayev (46 kq) Polşa idmançısı İqor Uşinyak, Aynur Mikayılova (50 kq) almaniyalı Byanka Balint, ertəsi gün Bilalhabasi Nəzərov (48 kq) Rıza Səfəri (İngiltərə), Tağı Nəsibov (50 kq) italiyalı Cuzeppe Dell Aquila, Məhəmmədəli Aşurəliyev (54 kq) litvalı Armandas Kreqzde, Məhəmmədəli Qasımzadə (57 kq) Almaniya boksçusu Nik Smirnov, Ziya Həsənova (66 kq) estoniyalı Stefan Ananyev, ayın 30-da Aysu İsmayılova (46 kq) Mariya Trifilli (Yunanıstan), Nərmin Əlizadə (48 kq) Mahur Marikyan (Ermənistan), Qızbəs İsgəndər (54 kq) ingiltərəli Ella-Mae Lonsdale, Emili Rzayeva (70 kq) isə ukraynalı Olqa Filipçuk ilə qarşılaşacaq.

Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.