logo

Bakıda “Mercedes”dən 17 min manat pul oğurlanıb

10:41 27-09-2022 | icon 8764
Bakıda “Mercedes”dən 17 min manat pul oğurlanıb

Bakıda avtomobildən 17 min manat pul oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Yasamal rayon Polis İdarəsinin(RPİ) 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17 250 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.