logo

Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub

14:54 26-09-2022 | icon 2380
Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub

Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub.

YeniAvropa Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yeniyetmələrdən ibarət yığmamız Rəşad Məmmədova həvalə edilib. O, bu postda Elnur Amanovu əvəzləyib. E.Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. Qırx beş yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.

file.-0-2