logo

Kamran Əliyev Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransında iştirak edir

13:53 26-09-2022 | icon 2646
Kamran Əliyev Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransında iştirak edir

Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 27-ci illik konfransı və iclası keçirilir.

YeniAvropa xəbər verir ki, konfransda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, BPA-nın prezidenti, bu qurumum katibliyinin rəhbərliyi, eləcə də 65 ölkədən nümayəndə heyəti iştirak edir.

Ölkəmiz konfransda Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də tədbirdə iştirak edir.

Konfrans sentyabrın 29-dək davam edəcək.