logo

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

11:55 26-09-2022 | icon 1162
Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin nümayəndə heyəti sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov yer alıb.

Səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.

Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və orada diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 29-da başa çatacaq.