logo

Bu gün paytaxtın bir hissəsində su olmayacaq

11:11 26-09-2022 | icon 1127
Bu gün paytaxtın bir hissəsində su olmayacaq

Paytaxtın Suraxanı rayonunun bir hissəsində su kəsiləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 26-da Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.