logo

Zakir Həsənov erməni təxribatı ilə bağlı Orduya konkret tapşırıq verdi

12:52 24-09-2022 | icon 1484
Zakir Həsənov erməni təxribatı ilə bağlı Orduya konkret tapşırıq verdi

Müdafiə naziri Zakir Həsənov şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

YeniAvropa xəbər verir, sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə nazir, həmçinin bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.