Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin sentyabrın 15-də saat 11:00-da güzəştlə satışı prosesi başlamamışdan öncə “Güzəştli mənzil” sisteminə girişi təmin edən “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “ASAN Login” vahid giriş sisteminə iri həcmli kiberhücumun olması ilə əlaqədar mənzillərin seçimi təxirə salınıb.
MİDA-dan YeniAvropa-ya bildirilib ki, mənzillərin seçimi prosesi sentyabrın 24-də saat 15:00-da başlayacaq və oktyabrın 1-i saat 15:00-dək davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi sentyabrın 28-də saat 15:00-da başlayacaq və oktyabrın 1-də saat 15:00-dək davam edəcək.