logo

Bakıdan Batumiyə uçan təyyarə Tbilisidə enməyə məcbur oldu

10:21 23-09-2022 | icon 2534
Bakıdan Batumiyə uçan təyyarə Tbilisidə enməyə məcbur oldu

“Buta Airways” aviaşirkətinin Bakı-Batumi “J2-9227” reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

“Embraer 190” təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.