logo

Azərbaycan–Qazaxıstan matçını almaniyalı hakimlər briqadası idarə edəcək

15:55 22-09-2022 | icon 2226
Azərbaycan–Qazaxıstan matçını almaniyalı hakimlər briqadası idarə edəcək

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunun oyununa hakim təyinatı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Harm Osmers olacaq. Ona Robert Kempter və Dominik Şaal köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün beşinci tur çərçivəsində Trnavada Slovakiya yığması ilə üz-üzə gələcək.