logo

Sabah Bakıda 29° isti olacaq

13:33 22-09-2022 | icon 1582
Sabah Bakıda 29° isti olacaq

Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 26-30° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.