logo

Minsk qrupunun həmsədrləri Laçında qanunsuz məskunlaşmaya göz yumurdular-İlham Əliyev

19:49 21-09-2022 | icon 2121
Minsk qrupunun həmsədrləri Laçında qanunsuz məskunlaşmaya göz yumurdular-İlham Əliyev

Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb, bəzi yerlərdə qanunsuz məskunlaşma aparılıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular.

 YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında deyib.

“Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”, - deyə dövlət başçısı qeyd edib.