logo

Bakıda Azərbaycan-Moldova  Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

16:46 21-09-2022 | icon 2429
Bakıda Azərbaycan-Moldova  Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Oktyabrın 10-12-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Moldovanın hökumət başçısı bu gün Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşündə bildirib.

Görüşdə, həmçinin, hökumətlərarası komissiyasının iclasının təşkili ilə bağlı məsələlər də müzakirə olunub.

İclas çərçivəsində ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq.

Tədbirlər baş nazir Nataliya Qavrilitsanın Bakıya səfərinə təsadüf edəcək. 

Qeyd edək ki, hazırda Moldova Respublikası Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 50-yə yaxın müqavilə imzalayıb.