logo

Bu gün “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək

09:19 21-09-2022 | icon 1505
Bu gün “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək.

 YeniAvropa xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində təşkil olunacaq. Turnirin açılış mərasimi bu gün saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi baş tutacaq.

Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.