logo

Sabah Şuşada beynəlxalq şahmat turniri start götürür

11:11 20-09-2022 | icon 2205
Sabah Şuşada beynəlxalq şahmat turniri start götürür

Sabah Şuşada “Shusha Chess-2022” beynəlxalq şahmat turniri start götürəcək.

 YeniAvropa xəbər verir ki, beynəlxalq turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bu gün “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub. “Shushachess.az” internet saytı şahmat həvəskarlarını son informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək. Rəsmi saytda Şuşanın tarixi barədə məlumat, o cümlədən turnirin iştirakçıları ilə bağlı informasiyalar yer alıb.

Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.

Turnirin rəsmi saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.