Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 milyon 629,8 min ton, yük dövriyyəsi isə 7 milyard 186,8 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 15 milyon 466,1 min tonu və ya 54 faizi avtomobil nəqliyyatı, 9 milyon 394,6 min tonu və ya 32,8 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 769,1 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,2 faizini və ya 7 milyon 800,7 min tonunu tranzit yüklər təşkil edib.