logo

ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib

09:00 19-09-2022 | icon 2891
ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib

Sentyabrın 18-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.