logo

İlk 6 ayda işğaldan azad olunmuş ərazilərin bərpasına 1,1 milyard manat ayrılıb

18:48 15-09-2022 | icon 2513
İlk 6 ayda işğaldan azad olunmuş ərazilərin bərpasına 1,1 milyard manat ayrılıb

Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1 milyard 172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılıb.

YeniAvropa xəbər verir ki,, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir.