logo

İlham Əliyev Özbəkistana səfərə gəlib

11:51 15-09-2022 | icon 3563
İlham Əliyev Özbəkistana səfərə gəlib

Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Səmərqənd Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.