Yanvar-avqust aylarında ölkədə 1389 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 139 ədəd çox minik avtomobili istehsal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 332,4 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 38,5 faiz artıb.