logo

Bakıda MDB ölkələri baş qərargah rəislərinin iclası keçiriləcək

18:48 12-09-2022 | icon 4095
Bakıda MDB ölkələri baş qərargah rəislərinin iclası keçiriləcək

Sentyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.