logo

Sabah Bakıda 28° isti olacaq

13:33 12-09-2022 | icon 1372
Sabah Bakıda 28° isti olacaq

Azərbaycanda sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 25-28° isti, Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 27-32° isti, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacağı ehtimal edilir.